ABŞ-ın Merilend ştatındakı Morqan Dövlət Universitetinin şəhərciyində baş verən silahlı hücumda ilkin təsbitlərə görə 4 nəfər yaralanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Baltimor Polis Departamenti kampusa silahlı hücumu təsdiqləyib. tələbələrə və işçilərə hadisə yerindən uzaq durmaları barədə xəbərdarlıq edib.
Hadisədən bir neçə saat sonra açıqlama verən polis, hücumda yaralanan 4 nəfərin həyati təhlükəsinin olmadığını bildirib.
Şəhər Şurasının üzvü Rayan Dorsi də sosial media hesabında məsələ ilə bağlı paylaşım edib və hücumun 3 nəfər tərəfindən həyata keçirildiyi barədə məlumat verildiyini bildirib.
Hücumla bağlı həbslərin olub-olmaması ilə bağlı açıqlama verilməyib.