ABŞ-ın Nyu-York şəhəri və ətrafına yağan güclü yağışlar nəticəsində Manhettendəki Mərkəzi Parkı su basıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Parkın zooparkındakı dəniz aslanı yaşayış yerindən qaçıb.
ABŞ-ın Nyu-York ştatında yağan güclü yağışlar nəticəsində Nyu-York şəhəri və bəzi ətraf rayonlarda daşqınlar baş verib.
Nəqliyyatın iflic olduğu şəhərdə bir çox metro stansiyaları su altında qalıb.
Manhettendə Mərkəzi Parkda su qalxıb və daşqınlar parkın içərisindəki zooparka təsir edib.
Səlahiyyətlilər dəniz şirlərindən birinin suların qalxması ilə qısa müddət ərzində yaşayış yerindən qaçdığını, lakin geri qayıtdığını təsdiqləyib.
Zooparkdan məsul Jim Breheny deyib: “Dəniz aslanı Sally zooparkın daxilindəki su basmış meydanı qısaca araşdırdıqdan sonra öz yaşayış yerinə qayıtdı, sel suları azalıb və zooparkda hər şey qaydasındadır, dəniz şirlərimiz öz yaşayış yerlərində təhlükəsizdir”.