ABŞ Daxili Gəlir Xidmətindən Microsoft-a təxminən 29 milyard dollar əlavə vergibackend

ABŞ Daxili Gəlir Xidmətindən Microsoft-a təxminən 29 milyard dollar əlavə vergi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Microsoft, ABŞ Daxili Gəlir Xidmətindən (IRS) 28,9 milyard dollar əlavə vergi ödəməsi üçün bildiriş aldığını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Microsoft ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) 2004-2013 vergi dövrü üçün IRS-dən bildiriş aldığını elan edib.

Açıqlamada bildirişin şirkətin mənfəətini müxtəlif ölkələr və bölgələr arasında necə bölüşdürdüyünü yoxlamaq üçün IRS ilə davam edən mübahisə ilə bağlı olduğu və bu çərçivədə IRS-in Microsoft-dan əlavə vergi ödəməsini tələb etdiyi qeyd edilib.

Açıqlamada Microsoft-un IRS-in əlavə vergi tələbi ilə razılaşmadığı və lazım gəldikdə vəziyyətlə bağlı məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilib.

Açıqlamada Microsoft-un ABŞ-da və dünyada hər zaman IRS qaydalarına əməl etdiyi və vergilərini ödədiyi vurğulanıb və 2004-cü ildən bu yana ABŞ-a 67 milyard dollardan çox vergi ödəndiyi qeyd edilib.

Açıqlamada, şirkətin 30 Sentyabr tarixinə gəlir vergisi ehtiyatlarının kifayət qədər olduğu vurğulanıb.