Rusiyanın Samara şəhərində iki aylıq körpə küçədə uşaq arabasında tək tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyinə regionun Daxili İşlər Baş İdarəsindən məlumat verilib.
Samara şəhərinin Sovetski rayonunda, Fizkulturnaya küçəsində iki aylıq qız uşağı uşaq arabasında tək vəziyyətdə aşkarlanıb. Körpəni axşam saatlarında yerli sakinlərdən biri görüb.
Uşaq tibb müəssisəsinə yerləşdirilib. Həkimlərin məlumatına görə, körpənin həyatı və sağlamlığı üçün təhlükə yoxdur.
Xuraman Etibarlı
İnterpress.az






