Şeremetyevo hava limanında Türkiyədən gələn sərnişinin baqajından 22 milyon rubl dəyərində brend məhsullar aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Moskvadakı Şeremetyevo hava limanında Türkiyədən gələn qadın sərnişinin baqajında ümumi dəyəri 22 milyon rubl (təxminən 463 min manat) olan lüks brendlərə məxsus məhsullar aşkarlanıb.
Baqajda “Hermès” və “Chanel” markalarına aid üç çanta, “Chanel”, “Brunello Cucinelli”, “Yves Saint Laurent”, “Miu Miu” və “Schiaparelli” brendlərinin 31 geyim əşyası, həmçinin iki cüt ayaqqabı olub.
Gömrük rəsmiləri bildiriblər ki, ödənilməmiş gömrük rüsumlarının məbləği 6 milyon rubldan (təxminən 126 min manat) çoxdur.
Xuraman Etibarlı
İnterpress.az






