Ermənistanın Vayots Dzor vilayətinin hərbi komissarı Qaqik Qriqoryanın rüşvət işi çərçivəsində təxminən iki həftə əvvəl həbs edildiyi bildirilir.
İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hərbi komissarın kabineti möhürlənib. Hərbi komissarlığa müraciət edən sakinlər lazımi arayış və sənədləri əldə edə bilmirlər.
Qəzetin mənbələri iddia edir ki, indiyədək hərbi komissarın səlahiyyətlərini icra edən şəxs də təyin olunmayıb.
Qriqoryanın həbs edilməsi ilə bağlı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Xuraman Etibarlı
İnterpress.az






