Rusiyada “Pyatyorochka” mağazasında satılan qırmızı kürüdə təhlükəli bakteriyalar aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Novqorod vilayətində “Pyatyorochka” mağazalar şəbəkəsində satılan “Sdelano v more” markalı qırmızı kürüdə təhlükəsizlik pozuntuları aşkarlanıb.
İstehsalçı “Putina” MMC-yə məxsus məhsulları yoxlayan Rospotrebnadzor təhlükəli bakteriyalar müəyyən edib.
Məlumata görə, 17 iyul 2026-cı ildə istehsal olunan nerka kürüsündə sulfitreduksiyaedici klostridiyalar aşkarlanıb.
Bu bakteriyaların məhsulda olmamalı olduğu bildirilib və həmin partiya təhlükəsizlik tələblərinə uyğun hesab edilməyib.
Bundan başqa, alıcılardan biri 7 may 2026-cı ildə istehsal edilmiş kürünün içərisində parazitlər gördüyünü iddia edib.
Alıcıların rəylərində məhsulun acı və həddindən artıq duzlu olduğu, konsistensiyasının isə həddən artıq yumşaq olduğu qeyd edilir.
Xuraman Etibarlı
İnterpress.az






