Kalmıkiyanın vitse-premyeri və nazir vəzifəsini icra edən şəxs külli miqdarda rüşvət almaqda ittiham olunur.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Kalmıkiyanın vitse-premyeri Mişakov və Mənzil-Kommunal Təsərrüfatı naziri vəzifəsini icra edən Klimentyev külli miqdarda rüşvət almaqda ittiham olunurlar.
İstintaqın məlumatına görə, onlar tikinti şirkətinin sahibindən podrat işlərinin yerinə yetirilməsi üzrə keçirilən hərracın qalibi elan edilməsinə kömək müqabilində 19 milyon rubldan (təxm. 401 min manat) çox pul tələb ediblər.
Bundan əlavə, sahibkara görülən işlərin maneəsiz qəbul ediləcəyi və ona ümumi himayə göstəriləcəyi vəd olunub.
Hər iki şəxs saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Xuraman Etibarlı
İnterpress.az






