ABŞ-da fələstinlilərin mitinqində kişi Qurana çiy bekonla zərbə endirib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
ABŞ-də keçirilən Fələstin tərəfdarlarının mitinqində insident yaşanıb.
Məlumata görə, radikal mövqeli bir kişi aksiyaya yaxınlaşıb və izdihamın qarşısında Qurana çiy bekon parçası (donuz əti) ilə dəfələrlə vuraraq təxribat törədib.
Hadisə etirazçılar arasında böyük hiddət yaradıb, lakin mübahisənin qarşıdurmaya çevrilməsinin qarşısı polis tərəfindən alınıb. Təxribatçı şəxs hadisə yerindən uzaqlaşdırılıb və onun barəsində araşdırma aparıldığı bildirilir.
Müsəlman icması insidenti dini nifrətin açıq təzahürü kimi qiymətləndirib və hüquq-mühafizə orqanlarından sərt reaksiya tələb edib.
Xuraman Etibarlı
İnterpress.az






