ABŞ-da naməlum şəxs özünü Ağ Evin aparat rəhbəri kimi təqdim etməyə cəhd edib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Ağ Evin aparat rəhbəri Uaylsın telefonu sındırılıb, onun adından mesajlar göndərilib, amerikalı senatorlara, qubernatorlara və iri iş adamlarına zənglər edilib.
Nəşr qeyd edir ki, Uayls ABŞ prezidenti Trampın ən yaxın məsləhətçilərindən biridir, onun seçki kampaniyasını idarə edib və respublikaçı dairələrdə əlaqələri var. Onun şəxsi telefonunun sındırılması nəticəsində təcavüzkar ölkənin ən nüfuzlu şəxslərinin əlaqə məlumatlarına çıxış əldə edib. İddiaya görə, qanunvericilərdən biri Wilesdən pul köçürməsi etməsini tələb edən mesaj alıb, digər qanunvericidən isə Tramp tərəfindən əfv oluna biləcək şəxslərin siyahısını tərtib etməsi istənilib.
Mənbələr həmçinin bildiriblər ki, keçən il İran agentləri onun elektron poçtunu sındırıb və beləliklə, o zaman Trampın seçkilərdə namizədi olan vitse-prezident Vansın dosyesini ələ keçiriblər.
Xuraman Etibarlı
İnterpress.az