ABŞ fəalı: Dünyanın ən güclü müsəlman lideri cənab Ərdoğandırbackend

ABŞ fəalı: Dünyanın ən güclü müsəlman lideri cənab Ərdoğandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da irqçiliklə mübarizənin simvolik simalarından olan aktivist Şeyx Xalid Yasin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı müsəlman dünyasının lideri olduğu adlandırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“Dünyanın demək olar ki, ən güclü və ən hörmətli müsəlman lideri olduğuna inandığım bir şəxs varsa, o da cənab Ərdoğandır”, – deyə vurğulayıb.

ABŞ-da irqçiliklə mübarizənin simvolik simalarından biri, İstanbul Elm və Mədəniyyət Fondunun dəvəti ilə konfrans vermək üçün İstanbula gələn dünya şöhrətli boksçu Məhəmməd Əlinin dostu, amerikalı fəal Şeyx Xalid Yasin sualları cavablandırıb.

Özünü afro-amerikalı veteran müsəlman fəal kimi qələmə verən Yasin həyatının son 35 ilini İslam və müsəlmanlar haqqında təhriflərin və anlaşılmazlıqların aradan qaldırılmasına həsr edib.

Bu müddət ərzində Yasin 90-a yaxın ölkədə mühazirə oxumuş və bir çox insanın İslamı seçməsinə səbəb olmuşdur.

“Gəmi varsa, onun da kapitanı var”.

Müsəlman dünyasının süfrəyə oturduqda hörmət ediləcək, heç kimə tabe olmayacaq bir dövlətə ehtiyacı olduğuna diqqət çəkən Yasin əlavə edib: “Müsəlman dünyasının bir modelə, sosial modelə ehtiyacı var. Müsəlman dünyasının bunu edən bir dövlətə ehtiyacı var. Mükəmməl və ya super dindar olmaq məcburiyyətində deyil, lakin hörmətli, bacarıqlı, açıq sözlü və açıq şəkildə ‘Biz müsəlmanıq’ deyə bilir”.