ABŞ Finlandiyadan kömək istədibackend

ABŞ Finlandiyadan kömək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton Finlandiya səlahiyyətlilərindən Əfqanıstanın əvvəlki hökumət üzvlərindən qadın hakimlərə qədər ən müxtəlif insan qruplarını qəbul etmələrini istəyib”.

Yenisabah.az “Iltalehti” qəzetinə istinadla xəbər verir ki, bunu Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Pekka Haavisto bildirib.

Haavisto deyib: “Vaşinqtondan kömək istəkləri gəlir. Amerikalılar müxtəlif sahələrdə mütəxəssis qəbul etmələri üçün Finlandiyaya müraciət ediblər. Bir qrupa əvvəlki hökumətdən və ölüm təhlükəsi ilə üzləşə biləcək insan haqları müdafiəçilərindən ibarət əsas şəxslər daxildir. Əlaqəyə girən digər qrup işsiz qalan təhsilli qadınlardır. Ölkədə təxminən 250 qadın hakimin olduğu bildirilir”.

Xatırladaq ki, avqustun sonunda Finlandiya, Aİ və sülhməramlı missiyalarda işləyən təxminən 500 Əfqanıstan vətəndaşı ailə üzvləri ilə birlikdə bu ölkəyə gəlib.