ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin rəhbəri istefa veribbackend

ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin rəhbəri istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarının Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin rəhbəri Kris Maqnus istefa verib.

Bu barədə Ağ Evin saytında məlumat verilib.

Qeyd olunub ki, ABŞ prezidenti Cozef Bayden Kris Maqnusun istefasını qəbul edib.

“Prezident Bayden Maqnusun qırx illik xidmətini və ABŞ-ın üç şəhərində polis rəisi olduğu müddətdə polis islahatlarına verdiyi töhfələri yüksək qiymətləndirib. Prezident Gömrük və Sərhəd Mühafizəsi İdarəsində xidmətinə görə Kris Maqnusa təşəkkür edib və ona uğurlar arzulayıb”, – Ağ Evin mətbuat katibi Karine Jan-Pyer açıqlamasında bildirib.

Xatırladaq ki, Bayden administrasiyası cənub sərhədinə miqrant axını səbəbindən Maqnusun istefasını tələb etmişdi.