ABŞ-ın Sietl şəhərində quraqlıq səbəbindən suya qənaət etmək çağırışı edilibbackend

ABŞ-ın Sietl şəhərində quraqlıq səbəbindən suya qənaət etmək çağırışı edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Vaşinqton ştatında yerləşən Sietl şəhərində 1,5 milyon abunəçidən quraqlıq səbəbindən suya qənaət etmələri istənilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Seattle Public Services Authority tərəfindən edilən açıqlamada abunəçilərə quraqlığa qarşı xəbərdarlıq edilib.

Abunəçilərdən qazonların suvarılmasını dayandırmaq, duş qəbulunu azaltmaq, paltaryuyan və qabyuyan maşınları tam yüklənənə qədər işə salmamaq, sızan boruları və işləyən tualetləri düzəltmək xahiş olunub.

Bəndlərdə suyun səviyyəsinin orta səviyyədən aşağı olduğunu və lazımi su təchizatının təmin edilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirən səlahiyyətlilər, vətəndaşları suyun səviyyəsi normallaşana qədər daha az su istifadə etməyə çağırıb.

Səlahiyyətlilər bildiriblər ki, yağış kifayət qədər yağmasa və bəndlərdə suyun səviyyəsi qalxmasa, suyun kəsilməsi ola bilər.

Digər tərəfdən, şəhərdə 1992-ci ildən bəri heç bir su kesintisinin olmadığı bildirilib.