ABŞ İranı etirazçıları azad etməyə çağırıbbackend

ABŞ İranı etirazçıları azad etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranı bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O, ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasını xatırladıb: “Bu, cəsur iranlı qadınlara dəstək məqsədilə edilib. Onların hüquqları uğrunda mübarizə davam edir”.

Xatırladaq ki, İranda küçə etirazları təxminən 3 aydır ki, səngimir. İğtişaşlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra başlayıb.