ABŞ ilə danışıqlar zamanı Umerov gərginlik səbəbindən qələmini sındırıb və dəftərinə bir dənə də olsun qeyd etməyib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
ABŞ ilə aparılan danışıqlarda müdafiə naziri Rüstəm Umerovun yaşadığı ekstremal gərginlik diqqət çəkib.
Məlumata görə, görüş zamanı o, əlindəki qələmi “gərginliyin dərəcəsindən” sındırıb və bütün müzakirələr ərzində bloknotuna bircə qeyd belə etməyib.
Ukrayna mediası yazır ki, Kiyev masada hər prinsipial məqam uğrunda ciddi mübarizə aparmalı olur və bu prosesin emosional yükü olduqca ağırdır.
Danışıqların çətin keçdiyi, hər bənd üzrə tərəflərin mövqelərinin toqquşduğu bildirilir.

Xuraman Etibarlı
İnterpress.az






