ABŞ Konqresi Trampın İsraillə bağlı 1 milyard dollarlıq istəyini BLOKLADIbackend

ABŞ Konqresi Trampın İsraillə bağlı 1 milyard dollarlıq istəyini BLOKLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresi Trampın İsrailə 1 milyard dollarlıq silah satmaq istəyini bloklayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb. Bildirilir ki, ABŞ Konqresi Tramp administrasiyasının İsrailə 1 milyard dollarlıq silah tədarükü tələbini rədd edib.

Qeyd edildiyi kimi, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi və Senatın Xarici Əlaqələr Komitəsi, əgər onların dəyəri müəyyən edilmiş həddi keçərsə, silah satışını fərdi şəkildə bloklamaq imkanına malikdir. Demokrat konqresmenlər bu hüquqdan yararlanıblar.

Bununla belə, prezident Tramp fövqəladə hallarda səlahiyyətlərindən istifadə edərək Konqresin qərarından yan keçə və İsrailə silah verə bilər.

Xuraman Etibarlı

İnterpress.az