ABŞ Sakit okeandakı Kuk adaları və Niue adalarını suveren və müstəqil dövlətlər kimi tanıyacaq və bu ölkələrlə diplomatik əlaqələr quracaq.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ prezidenti Co Bayden verdiyi yazılı açıqlamada Kuk adaları və Niueni suveren və müstəqil dövlətlər kimi tanıyacağını və iki ölkə ilə diplomatik əlaqələrin qurulacağını açıqlayıb.
ABŞ-ın Kuk adaları ilə İkinci Dünya Müharibəsindən bəri uzun bir əməkdaşlıq tarixi olduğunu bildirən Bayden, bu ölkə ilə əlaqələrin qurulmasının qeyri-qanuni və qeydə alınmayan balıq ovu və iqlim dəyişikliyi ilə mübarizəyə, iqtisadi artıma, iqtisadi inkişafa və adaların qurulmasına töhfə verəcəyini söyləyib.
Bayden Niuenin Sakit Okeanda da “kritik və konstruktiv rol” oynadığını, o cümlədən regionun davamlı inkişafı, təhlükəsizliyi, dəniz və okeanların mühafizəsi ilə bağlı qeyd edib.
ABŞ prezidenti iqlim böhranı və iqtisadiyyat kimi sahələrdə Niue ilə diplomatik əlaqələrin qurulmasının töhfələrinə diqqət çəkib.
ABŞ-ın Sakit Okean Adaları Forumu (PIF) və Sakit Okean İcması ilə sıx əməkdaşlıqda işləməyi planlaşdırdığını qeyd edən Bayden, Sakit okeanda aktiv və müvafiq tərəfdaş olmaq üçün atdığı addımlardan danışıb.
Bu çərçivədə Bayden, Sakit Okean Adaları üçün ilk milli strategiyanı elan etdiyinə, PİF-ə səfir təyin etdiyinə və ilk ABŞ-Sakit Okean Adaları Sammitini keçirdiyinə diqqət çəkib
ABŞ prezidenti Bayden 2-ci ABŞ-PIF Sammiti çərçivəsində bu gün Ağ Evdə PIF ölkələrinin liderlərini qəbul edəcək.
Son zamanlar ABŞ Çinlə rəqabət çərçivəsində Hind-Sakit okean regionunda əməkdaşlığını təkmilləşdirməyə çalışır.