ABŞ-nin Qəzzada atəşkəslə bağlı BMT-nin qətnaməsinə mane olacağı gözlənilir.
İnterpress.az AFP-yə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurası bu gün atəşkəs, girovların azad edilməsi və Qəzzaya humanitar yardımların maneəsiz daxil olmasını tələb edən qətnaməyə səs verəcək. Lakin ABŞ-nin veto qoyması səbəbindən tədbirin uğursuz olacağı gözlənilir.
Bir neçə diplomat AFP-yə ABŞ-nin vetosundan istifadə edəcəyini bildirib. Qətnamə üzrə səsvermə iyunun 4-də keçiriləcək.
Diplomatlar əlavə ediblər ki, qətnamə layihəsini təqdim edəcək Şuranın seçilmiş 10 üzvünün nümayəndələri Amerika tərəfi ilə razılığa gəlmək üçün boşuna cəhd ediblər.
Qətnamənin lehinə doqquz səs və heç bir təsisçi ölkədən – ABŞ, Rusiya, Çin, Britaniya və ya Fransanın veto qoymaması tələb olunur.
Xatırladaq ki, ABŞ 2024-cü ilin noyabrında İsrail girovlarının azad edilməsi tələbinin olmaması səbəbindən BMT-nin Qəzzada atəşkəslə bağlı qətnaməsinə veto qoymuşdu.
O vaxtdan bəri heç bir səsvermə keçirilməyib.
Xuraman Etibarlı
İnterpress.az