ABŞ Polşa ordusuna 2 milyard dollar kredit veribbackend

ABŞ Polşa ordusuna 2 milyard dollar kredit verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları Polşaya ordusunu modernləşdirməyə kömək etmək üçün ona 2 milyard dollarlıq Xarici Hərbi Maliyyələşdirmə krediti verəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada, ABŞ ilə Polşa arasında 2 milyard dollarlıq Xarici Hərbi Maliyyələşdirmə (FMF) birbaşa kredit müqaviləsinin imzalandığı bildirilib.

Bəyanatda ABŞ-ın “sadiq müttəfiqi” olan Polşanın təhlükəsizliyinin NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb etdiyi vurğulanıb və beynəlxalq yardımın çatdırılmasında mərkəzi rol oynayan Polşanın qətiyyətinə işarə edilib.

Bəyanatda qeyd olunub ki, Polşa özünün çox milyard dollarlıq iddialı müdafiə modernləşdirilməsi proqramı çərçivəsində ordusunu əhəmiyyətli dərəcədə genişləndirməyi və “rus mənşəli köhnə hərbi texnikasını məhv etməyi” planlaşdırır.

Bəyanatda razılaşmanın Polşanın hərbi modernləşdirmə səylərini irəliləyəcəyi bildirildi və Polşaya veriləcək kreditin NATO-nun şərq cinahının müdafiə və çəkindirmə gücünün gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.