ABŞ Polşada qoşunlarının sayını artırırbackend

ABŞ Polşada qoşunlarının sayını artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Polşa arasında hərbi əməkdaşlıq barədə saziş imzalanıb.

İnterpress.az-ın məlumatına görə, sazişə əsasən, ABŞ-ın Polşadakı hərbi qulluqçularının sayı daha min nəfər artırılacaq.

Bundan başqa, ABŞ Quru Qoşunlarının beşinci korpusunun komandanlığı Polşada yerləşəcək.

Sənədi ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Polşanın Milli müdafiə naziri Mariuş Blaşak imzalayıb.

Qeyd edək ki, hazırda Polşada 5 min ABŞ hərbçisi qulluq edir. Bir müddət əvvəl ABŞ Almaniyadakı hərbi kontingentini azaldacağını bildirmişdi.

 

İnterpress.az