ABŞ Prezidenti Rusiyaya sərt xəbərdarlıq etdi: Əgər siz Putinsinizsə, biz də…backend

ABŞ Prezidenti Rusiyaya sərt xəbərdarlıq etdi: Əgər siz Putinsinizsə, biz də…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ukraynada kimyəvi silahlardan istifadə etsə, ABŞ cavab verəcək”.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden NATO ölkələrinin sammitindən sonra keçirilən brifinqdə deyib.

“Kimyəvi silahlardan istifadə olunarsa, lazımi cavablar verilir. Bizim cavabımız hücumdan asılıdır”, – Cozef Bayden bildirib.

Bayden Ukraynadakı hadisələrlə bağlı ərzaq böhranı təhlükəsi barədə danışıb.

“Ukraynada gedən müharibə fonunda ərzaq qıtlığı təhlükəsi realdır. Biz ərzaq çatışmazlığı ilə bağlı narahatlığı aradan qaldırmaq üçün çalışırıq”, – ABŞ Prezidenti vurğulayıb.

Amerika lideri, həmçinin Çin Prezidenti Si Cinpini Rusiyanın dəstəkləyəcəyi halda yarana biləcək fəsadlar barədə məlumatlandırdığını qeyd edib:

“Rusiyaya qarşı sanksiyalar ilboyu davam etməlidir. Yalnız bu şəkildə Putin dayana bilər. Dünya bu insanın nə qədər kobud olduğuna diqqət yetirir. Əgər siz Putinsinizsə və Avropanın dağılacağını düşünürsünüzsə, bu müharibə daha bir ay çəkə bilər, biz də qətiyyət nümayiş etdirməliyik”.