Amerikadakı qaçqınları göndərməyə yer tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
“Tramp administrasiyası qaçqın göndərmək üçün yer tapıb. Bu Quantanamodur, təqdimata ehtiyacı olmayan bir yerdir”, – nəşr qeyd edib.
WP-nin yazdığı kimi, bu həftə onlar qeyri-qanuni olaraq qalan 9 min əcnəbini Quantanamodakı hərbi bazada yerləşən düşərgəyə köçürməyə hazırlaşırlar.
Onların arasında Ukrayna, Polşa, Litva və digər Avropa ölkələrinin vətəndaşları da var.
Xuraman Etibarlı
İnterpress.az