ABŞ Qırmızı dənizdə koalisiya yaratdıqdan sonra İran 55 min nəfərlik dəniz milisləri yaratdı.backend

ABŞ Qırmızı dənizdə koalisiya yaratdıqdan sonra İran 55 min nəfərlik dəniz milisləri yaratdı.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Yəməndə İranın dəstəklədiyi husilərin hücumlarına qarşı Qırmızı dənizdə “naviqasiya təhlükəsizliyini qorumaq” üçün koalisiya qurduqdan sonra İran İnqilab Keşikçiləri Korpusu 55 min nəfərlik dəniz milisləri yaratdıqlarını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İranın yarı-rəsmi Təsnim Xəbər Agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Rza Tengsiri paytaxt Tehranda keçirilən tədbirdə çıxış edib.

Dənizlərdə fəaliyyət göstərəcək milis qüvvələri yaratdıqlarını ifadə edən Tengsiri bildirib ki, hazırda okean səfərbərlik qüvvələri (Besiç) yaratdıq və bu Besiç qüvvələrinin Tanzaniyaya çatacaq qədər böyük qayıqları var. Növbəti mərhələ kölgə donanması qüvvələrinin yaradılmasıdır.

İranlı komandir 55 min nəfərdən ibarət dəniz səfərbər qüvvələrini ilk olaraq Fars körfəzində qurduqlarını və növbəti mərhələdə ölkənin şimalındakı (Xəzər dənizi) sularda qurmağı planlaşdırdıqlarını bildirib.

Tengsiri məlumat verib ki, səfərbərlik qüvvələrinə aid qayıqlar 107 millimetrlik raketlərlə təchiz edilib.

Maraqlıdır ki, İranın dəniz səfərbər qüvvələri yaratması ilə bağlı açıqlaması ABŞ administrasiyasının Yəməndə İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə İsrailə bağlı beynəlxalq gəmilərə təşkil etdiyi hücumlara qarşı çoxmillətli missiyanın yaradıldığını elan etməsindən sonra gəlib.

1980-ci ilin noyabrında İraq müharibəsi zamanı inqilab lideri Ayətullah Ruhullah Xomeyninin səfərbərlik elanı ilə İranda İnqilab Keşikçiləri Qvardiyasının tərkibində yaradılan Bəsic üzvləri könüllü milislər kimi tanınır.

Demək olar ki, hər yaşdan üzvü olan Bəsic üzvlərinin vəzifələrinə daxili təhlükəsizliyin təmin edilməsi, rejimə qarşı üsyanların yatırılması və qanunların icrası daxildir.