ABŞ qüvvələri: Ədən körfəzində gəmini ələ keçirməyə cəhd edən 5 nəfər yaxalanıbbackend

ABŞ qüvvələri: Ədən körfəzində gəmini ələ keçirməyə cəhd edən 5 nəfər yaxalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ədən körfəzində ticarət gəmisini ələ keçirməyə cəhd edən 5 silahlı şəxsin ələ keçirildiyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. “M/V Central Park” adlı ticarət gəmisinin dünən Ədən körfəzində dəniz quldurluğu ilə məşğul olduğu bildirilib. Mübarizəyə cavabdeh olan qüvvələrdən kömək istədiyi ifadə edilib.

Açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “USS Mason (DDG 87)” adlı esminesinin Central Parkın kömək çağırışına cavab verdiyi və gəminin buraxılmasını tələb etdiyi, 5 silahlı şəxsin gəmiyə minərək qaçmağa çalışdığı bildirilib.

Sözügedən silahlı şəxslərin USS Mason esminesi tərəfindən ələ keçirildiyi, Central Park gəmisinin və heyətinin təhlükəsiz olduğuna diqqət çəkilib. Yəməndə husilərin nəzarətində olan bölgələrdən saat 01.41 radələrində USS Mason və Central Park gəmiləri istiqamətində 2 ballistik raketin atıldığı açıqlanıb və ballistik raketlərin bölgəyə düşdüyü paylaşılıb.

Kəşfiyyat şirkəti Ambrey, Zodiac şirkəti tərəfindən idarə olunan İsrailə bağlı “Central Park” tankerinin Ədən sahillərində naməlum şəxslər tərəfindən qaçırıldığını açıqlayıb.
Yəməndə İranın dəstəklədiyi husilər İsrail şirkətlərinə məxsus gəmiləri hədəf alacaqları ilə hədələyiblər.