ABŞ Rusiyaya cavab olaraq Alyaskada F-35-ləri yerləşdirirbackend

ABŞ Rusiyaya cavab olaraq Alyaskada F-35-ləri yerləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hərbçiləri Rusiyanın fəaliyyətlərinə cavab olaraq Alyaskaya onlarla F-35 qırıcı təyyarəsi cəmləşdirir.

Bu barədə analitik Kristofer Vudinin ABŞ-ın strateji cəhətdən vacib Alyaska regionunda möhkəmlənməsi məsələsinə həsr olunmuş məqaləsində qeyd olunur.

Materialda bildirilir ki, Soyuq müharibə dövründə ABŞ hərbçiləri Alyaskada hava hücumundan müdafiənin təşkilinə daha çox diqqət yetiriblər. Lakin SSRİ-nin süqutundan sonra ABŞ-ın da regiona marağı azalıb.

Hazırda isə bu istiqamətdə ABŞ-ın Rusiya və Çinlə apardığı rəqabət yenidən qızışıb. Xüsusilə Rusiya aviasiyasının regionda fəallaşması ABŞ-ın cavab tədbirləri görməsinə zəmin yaradıb.

Mənbə: “The Business Insider”