ABŞ Ukraynaya hərbi təyyarə göndərəcəyini istisna etməyibbackend

ABŞ Ukraynaya hərbi təyyarə göndərəcəyini istisna etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya hərbi təyyarə göndərəcəyini istisna etməyib.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Çarlz Braun deyib.

O, qeyd edib ki, Vaşinqton Ukraynaya Qərb istehsalı olan döyüş təyyarələrinin tədarükü imkanlarını nəzərdən keçirir.

Generalın sözlərinə görə, söhbət həm Amerika qırıcılarından, həm də Avropanın müdafiəsinə aid təyyarələrdən gedə bilər.

“Amerika avadanlığı, İsveçin “JAS 39 Gripen”, “Eurofighter”, “Rafale”i var. Ukraynaya çatdırıla bilən bir sıra platformalar mövcuddur”, – Braun bildirib.

Onun sözlərinə görə, hazırda sovet və ya Rusiya istehsalı olan təyyarələrin Kiyevə göndərilməsi məsələsinə baxılmır, çünki belə avadanlıqlar üçün lazımi ehtiyat hissələri tapmaq daha çətindir.