ABŞ Ukraynaya humanitar yardım üçün əlavə 374 milyon dollar ayırıbbackend

ABŞ Ukraynaya humanitar yardım üçün əlavə 374 milyon dollar ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya humanitar yardım üçün əlavə 374 milyon dollar ayırıb.

Bu barədə ABŞ prezidenti Cozef Bayden Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

“USAID bu gün Ukraynaya təcili humanitar yardım üçün 374 milyon dollardan çox vəsait ayırıb”, – deyə Bayden vurğulayıb.

Qeyd olunub ki, vəsait münaqişə nəticəsində Ukraynanın ən çox zərər çəkmiş sakinlərinə, eləcə də köçkünlərə yardıma yönəldiləcək: “Bu vəsaitlər 1,5 milyondan çox insana təcili ehtiyac duyulan ərzaq və pul yardımı göstərməyə kömək edəcək”.

USAİD-in məlumatına görə, Rusiya hərbi əməliyyat başlayandan bəri ABŞ hakimiyyəti Ukrayna sakinlərinə və ukraynalı qaçqınlara humanitar yardım üçün 1,9 milyard dollardan çox vəsait ayırıb.