ABŞ Ukraynaya VAXT QOYDU: Sülh planı bir həftəyə imzalanmalıdırbackend

ABŞ Ukraynaya VAXT QOYDU: Sülh planı bir həftəyə imzalanmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna bir həftə ərzində sülh planını imzalamalıdır, əks halda ABŞ silah və kəşfiyyat məlumatlarını tədarük etməyi dayandıracaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ administrasiyası Ukraynaya ciddi təzyiq göstərir.

İnsayderlərin sözlərinə görə, Vaşinqton Kiyevdən Rusiya ilə sülh razılaşmasını ən geci 27 noyabra qədər imzalamağı tələb edib.

Əks halda, Ukraynaya silah və kəşfiyyat məlumatlarının verilməsi tamamilə dayandırıla bilər.

Mənbələr bildirir ki, Vaşinqton hesab edir ki, hazırkı döyüş vəziyyəti, cəbhədə geriçəkilmələr və daxildəki siyasi problemlər Kiyevi razılaşmaya məcbur edəcək. ABŞ isə prosesi sürətləndirmək niyyətindədir.

Ukraynanın bu şərtləri qəbul edib-etməyəcəyi hələlik bilinmir, lakin məsələ həm Kiyev, həm Avropa paytaxtları, həm də Moskva üçün kritik mərhələyə daxil olub.

Xuraman Etibarlı

İnterpress.az