ABŞ və Səudiyyə Ərəbistanının müdafiə nazirləri Vaşinqtonda görüşüblərbackend

ABŞ və Səudiyyə Ərəbistanının müdafiə nazirləri Vaşinqtonda görüşüblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müdafiə naziri Lloyd Ostin Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman ilə görüşündə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın artırılması və genişləndirilməsini vurğulayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Məlumata görə, Ostin və Bin Salman Vaşinqtonda görüşüblər.

Görüş zamanı Ostin ABŞ-ın Səudiyyə Ərəbistanının müdafiəsinə sadiqliyini bir daha təsdiqləyib və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsini vurğulayıb.

Səudiyyə Ərəbistanına regional roluna görə təşəkkür edən Austin bölgədəki təhdidlərlə bağlı Səudiyyə Ərəbistanı ilə işləməyə davam edəcəklərini qeyd edib.

Səudiyyə Ərəbistanından olan həmkarına ABŞ-ın İsrailə dəstəyi barədə məlumat verən Ostin, ABŞ-ın mülki insanları qorumaq və Qəzzaya humanitar yardım göndərməkdə qərarlı olduğunu bildirib.

İki nazir regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəliblər.