ABŞ hesab edir ki, Ukrayna Zelenskinin iddia etdiyinin yarısı qədər Rusiya təyyarəsini məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə adının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi məlumat verib.
ABŞ-ınin hesablamalarına görə, ötən həftə sonu “Hörümçək toru” əməliyyatı zamanı Ukrayna pilotsuz təyyarələri Kiyevin iddia etdiyindən xeyli az Rusiya təyyarəsini məhv edib.
ABŞ 20-yə qədər Rusiya döyüş təyyarəsinin vurulduğunu, onlardan 10-a yaxınının məhv edildiyini güman edir.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Kiyevdə jurnalistlərə bildirib ki, pilotsuz təyyarələr Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 41 təyyarəni vurub və onların yarısı o qədər zədələnib ki, onları təmir etmək mümkün olmayıb.
Xuraman Etibarlı
İnterpress.az