Ad günü şənliyində silahlı hücum: 8 ölübackend

Ad günü şənliyində silahlı hücum: 8 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrikada ad günü şənliyində 8 nəfər güllələnib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Hadisə bazar günü Cənubi Afrikanın Şərqi Keyp əyalətində baş verib. Belə ki, ad günü şənliyində kütləvi atışma nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.

İnsident yerli vaxtla saat 17:15-17:30 arasında Kvazakelenin Qkeberha şəhərindəki evdə baş verib.

İki silahlı şəxs ad gününə toplaşan qonaqlara atəş açıb.

Polis hələlik həbs edilmədiyini və hadisənin səbəblərini araşdırdıqlarını bildirib.