Almaniyanın sağçı partiyasının keçmiş üzvü Rusiya ordusunda “Alman batalyonu” yaradıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Almaniyanın sağçı-populist “Almaniya üçün Alternativ” (AfD) partiyasının çeçen mənşəli keçmiş üzvü və neonasist Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşmək üçün xüsusi “Alman batalyonu” yaradıb.
O, sosial şəbəkə hesabında yeni hərbi birliyin fəaliyyət prinsiplərini açıqlayıb.
Onun sözlərinə görə, batalyonda hər hansı narkotik vasitələrdən istifadə və homoseksuallıq qəti şəkildə qadağandır.
Təşkilatçı qeyd edib ki, yalnız alman dəyərlərini, mədəniyyətini sevən və nəsə dəyişmək istəyən şəxslər bu batalyonun əsl döyüşçüsü ola bilər.
Keçmiş almaniyalı siyasətçinin bu addımı və Rusiya ordusu daxilində xarici könüllülərdən ibarət bölmə yaratması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hazırda həmin batalyonun döyüş bölgəsinə göndərilmək üçün hazırlandığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.аz






