“Ağdamsız 27 il” anım tədbiri keçirilibbackend

“Ağdamsız 27 il” anım tədbiri keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ağdamsız 27 il” anım tədbiri keçirilib.
Tədbirdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Ağdam Gənclər və İdman İdarəsinin rəisi Elnur Qarabağlı, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi idarə heyətinin sədri Təranə Paşayeva, Qarabağ qazisi Anar Məmmədov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri Tamerlan Əkbərov, Bakı Modern Təhsil Kompleksinin tarix kafedrasının rəhbəri Hamlet Əliyev, “Loqos” un İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İB-nin içracı direktoru Leyla Rəhimova, Qaradağ Rayon Yeni Azərbaycan Partiyası GB sədri Seyidməmməd Məmmədzadə, Tovuz Rayon Yeni Azərbaycan Partiyası GB sədri Nihad Pənahov, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi “İctimai Birliyinin “Gənclərlə İş” şöbəsinin rəhbəri Ümidə Rəhimova, Nərimanov Milli Qəhrəmanları Tanıtma İB-nin sədri Ədhem Məmmədov, muğam müsabiqələrinin QRAN-PRİ mükafatçısı, Heydər Əliyev fondunun təşəbbüsü ilə keçirilmiş televiziya muğam müsabiqəsinin diplomantı, Rainessiance beynəlxalq etno musiqi müsabiqəsinin qalibi Murad Kəngərli və fəal gənclər iştirak ediblər.
Çıxış edən natiqlər tədbirin əhəmiyyətinin vacibliyi qeyd edib və bildiriblər ki, Ağdam Azərbaycanın dilbər guşələrindən biri olub. Natiqlər gənclərə Ağdamın tarixi və mədəniyyəti haqqında geniş məlumat veriblər. Bildiriblər ki, hazırda Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması, eləcə də Qarabağ haqqında həqiqətlərin daha dolğun, real faktlara və mənbələrə əsaslanaraq obyektiv şəkildə istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinə çatdırılması olduqca zəruridir. Bu baxımdan, ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinin, erməni təbliğatının ifşası üçün əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək lazımdır. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan ziyalıları, diplomatları və ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı – hücum diplomatiyasını yaddan çıxarmamalı, faşizmi qəhrəmanlaşdıran və terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın təcavüzkar siyasətinin bütün dünyada ifşa olunmasına nail olmalıyıq.
Tədbirin sonunda Murad Kəngərli Qarabağla bağlı mahnıları səsləndirib.