Ağdaş rayonunda yol qəzası olub, xəsarət alanlar var.
İnterpress.az xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Opel” və VAZ markalı minik avtomobilləri toqquşub. Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov və “Opel”in sürücüsü, 39 yaşlı Maqsud Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.”Report”