Bu gün, axşam saat 20:30 radələrində qonşu Gürcüstanın Saqareco yolunda baş verən ağır avtomobil qəzasında biri uşaq olmaqla 3 nəfər həyatını itirib.
İnterpress.az xəbər verir ki, qəza minik avtomobili ilə yük maşınının toqquşması zamanı baş verib.
Məlumata əsasən, qəza zamanı avtomobildə olan azyaşlı bir uşaq, orta yaşlı sürücü və bir qadın həlak olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası və polis patrul xidməti cəlb olunub, faktla bağlı araşdırma başladılıb.