“Ermənistanla Azərbaycan arasında sülh üçün hər iki tərəfin öhdəliklərini müəyyən edəcək danışıqlar lazımdır”.
İnterpress.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel “Euronews”a müsahibəsində deyib.
O bildirib ki, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.
Mişel əlavə edib ki, Qarabağı tərk edən erməni sakinlərin böyük bir hissəsi hazırda Ermənistandadır.
O vurğulayıb ki, Aİ Azərbaycan və Ermənistan liderlərinin Qranada görüşündə sülh üçün vasitəçiliyini təklif edəcək.