Aİ-nin Gürcüstandakı nümayəndəsi ölkəyə BURAXILMADI – FOTObackend

Aİ-nin Gürcüstandakı nümayəndəsi ölkəyə BURAXILMADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan müxalifət mediası: Aİ-nin Gürcüstandakı nümayəndəsi ölkəyə buraxılmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın müxalif “Mtavari” telekanalı məlumat yayıb.

Bildirilir ki, mayın 21-də Aİ-nin Gürcüstandakı Nümayəndəliyinin əməkdaşlıq bölməsinin nümayəndəsi Vandenbrukke ölkəyə buraxılmayıb.

Onun birbaşa Tbilisi hava limanından geri göndərildiyi qeyd edilir. Girişdən imtinanın səbəbi məlum deyil.

Aİ nümayəndəliyi hələlik vəziyyətə münasibət bildirməyib.

Xuraman Etibarlı

İnterpress.az