Aİ Rusiya ilə nüvə əməkdaşlığından İMTİNA EDƏCƏKbackend

Aİ Rusiya ilə nüvə əməkdaşlığından İMTİNA EDƏCƏK – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Rusiya ilə nüvə əməkdaşlığından imtina etməyə hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Nəşr yazır ki, Avropa Komissiyası Rusiyadan olan mədən yanacaqlarının idxalını dayandırmaq üçün tədbirlər hazırlayır, o cümlədən Rusiyadan nüvə məhsullarını mərhələli şəkildə tərk etməyi planlaşdırır.

Nüvə yanacağı 2024-cü ildə Rusiyaya ödənilən 22 milyard avronun cəmi 700 milyon avrosunu təşkil etsə də, Aİ bütün uran tədarükü zəncirinin 20-25%-i üçün hələ də Rusiyadan asılıdır.

Sovet dövründən qalma VVER reaktorları olan ölkələr xüsusilə həssasdır – Macarıstan, Slovakiya, Çexiya, Bolqarıstan və Finlandiya.

Nəşrin yazdığı kimi, Avropa Komissiyası etiraf edir ki, “Rosatom”dan imtina etmək 241 milyard avro investisiya və 1 il iş tələb edəcək.

Macarıstan və Slovakiya artıq enerji təhlükəsizliyinə təhdidlər göstərərək bu təşəbbüsün əleyhinə çıxış ediblər.

Qeyd olunur ki, Aİ Rusiyadan çıxmağı Qazaxıstan, Kanada və digər ölkələrdən tədarüklər, habelə uranın öz emalı və zənginləşdirilməsinə investisiyalar hesabına kompensasiya etməyi planlaşdırır.

Xuraman Etibarlı

İnterpress.az