Aİ: Rusiyanın Ukraynada Su Elektrik Stansiyasına hücumu müharibə cinayətidirbackend

Aİ: Rusiyanın Ukraynada Su Elektrik Stansiyasına hücumu müharibə cinayətidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurasının prezidenti Şarl Mişel Ukraynadakı Kahovka Su Elektrik Stansiyasının vurulmasında Rusiyanı günahlandırıb və bunun hərbi cinayət olduğunu deyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kahovka bəndinə görünməmiş hücumdan şoka düşdüyünü bildirən Mişel mülki infrastrukturların məhv edilməsinin müharibə cinayəti olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu məsələ Aİ Liderlər Zirvə toplantısında gündəmdə olacaq

Mişel qeyd edib ki, buna görə Rusiya və birlikdə hərəkət edənləri məsuliyyətə cəlb edəcəklər.

Çarlz Mişel iyunun 29-30-da keçiriləcək Aİ Liderlər Zirvə toplantısında bu məsələni qaldıracağını və daşqın xəbərdarlığının verildiyi bölgəyə daha çox yardım göndərilməsini təklif edəcəyini açıqlayıb.

Qeyd edək ki, Ukraynanın Xerson vilayətində yerləşən Rusiyanın nəzarətində olan Kahovka Su Elektrik Stansiyası (SES) bombardman nəticəsində dağıdılıb. Ərazinin su basma təhlükəsi ilə üzləşdiyini qeyd edən Ukrayna hakimiyyəti bəndin vurulmasına görə Rusiya ordusunu məsuliyyət daşıyır.