Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Serbiyanın Aİ-yə üzv olmasını istədiklərini və bunun qarşılıqlı etimad və tərəfdaşlıqdan asılı olduğunu söyləyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Von der Leyen Qərbi Balkanlara səfəri çərçivəsində gəldiyi Serbiyanın paytaxtı Belqradda prezident Aleksandar Vucic ilə birgə mətbuat konfransı keçirib.
Genişlənmə siyasətinin AB üçün hər şeydən əvvəl gəldiyini ifadə edən Von der Leyen deyib:
“Qlobal qarışıqlıq dövründə Avropanın birliyi və təhlükəsizliyi daha da gücləndirilməlidir. Biz Serbiyanın Aİ-yə üzv olmasını istəyirik və bu təklif qarşılıqlı etimad və tərəfdaşlıqdan asılıdır. Aİ sülh rifah və firavanlıq vədidir. Ümid edirəm ki, Serbiya bu fürsətdən düzgün istifadə edəcək”.
Serbiyanın Aİ-yə üzvlük prosesində böyük irəliləyiş əldə edən ölkələrdən biri olduğunu bildirən Von der Leyen bildirib:
“Biz Serbiyanın xarici siyasətində Aİ-yə inamlı addımlarla yanaşmasını istərdik. Aİ də Serbiyanı görmək istərdik”.
Vuçiç ölkəsinin sülh və sabitliyin qorunub saxlanmasına prioritet verdiyini də bildirib və “Bizim öhdəliklərimizin nə olduğunu bilirik və onları yerinə yetirməyə hazırıq” deyib.