Aİ təyyarələr üçün dayanıqlı yanacağa doğru irəliləyirbackend

Aİ təyyarələr üçün dayanıqlı yanacağa doğru irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqına (Aİ) üzv ölkələr aviasiya sənayesində dayanıqlı yanacağın istifadəsinin artırılmasını təsdiq ediblər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Aİ Şurası üzv dövlətlərin aviasiya sektorunun istixana qazı emissiyalarını azaltmaq üçün davamlı yanacaqların istifadəsini artıracaq məcburi hədəfləri ehtiva edən yeni qanun qəbul etdiklərini açıqlayıb.

Müvafiq olaraq, davamlı yanacaqlar aviasiyada emissiyaları azaltmaq üçün təşviq ediləcək.

Təyyarələr üçün dayanıqlı yanacağa tələb və təklif artırılacaq.

Aİ ölkələrində hava limanlarının infrastrukturları dayanıqlı yanacaqlara uyğunlaşdırılacaq.

Aviasiya yanacaqlarının 2 faizi 2025-ci ildə, 6 faizi 2030-cu ildə və 70 faizi 2050-ci ildə davamlı olacaq.

2030-cu ildən etibarən yanacağın 1,2 faizi sintetik, 2050-ci ildə isə bu nisbət 35 faizə çatmalıdır.

Avropa Parlamentinin (AP) təsdiq etdiyi yeni qaydalar Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.