AİHM Ukraynanı 2014-cü ildə Odessada baş vermiş iğtişaşların qurbanlarına təzminat ödəməyi əmr edib.
İnterpress.az xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2014-cü il mayın 2-də Ukraynanı Odessada zorakılığın qarşısını almaq və insanları xilas etmək üçün müvafiq tədbirlər görməməkdə təqsirli bilib. Bu, cümə axşamı, martın 13-də məlum olub.
“Hakimiyyət orqanlarının əsas məsuliyyəti zorakılıq riskinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək idi. Məhkəmə hesab edir ki, hakimiyyət yolverilməz ləngimələrə və səbəbsiz hərəkətsizliyə və durğunluğa yol verib”, – məhkəmənin qərarında deyilir.
Avropa İnsan Hüquqları Məhkəməsi Həmkarlar İttifaqları Evində faciə qurbanlarının iddiasına baxaraq, 2014-cü il mayın 2-də baş vermiş toqquşmalar zamanı Ukrayna hakimiyyətinin məsuliyyətini və hüquq-mühafizə orqanlarının və xilasetmə xidmətlərinin kifayət qədər reaksiya vermədiyini qeyd edib.
Məhkəmə həmçinin belə qənaətə gəlib ki, Odessa şəhər hakimiyyəti ləğvetmə adı altında sübutları qəsdən məhv edib.
Xuraman Etibarlı
İnterpress.az