“Air Arabia” (BƏƏ) və “Lufthansa” (Almaniya) aviaşirkətləri İsrail və İran arasında hərbi münaqişə fonunda Yaxın Şərq və Avrasiyanın bir sıra ölkələrinə uçuşların müvəqqəti dayandırıldığını elan ediblər.
Aviaşirkət Təl-Əviv (İsrail) və Tehrana (İran) uçuşları iyulun 31-nə qədər dayandırır.
Bundan əlavə, Amman (İordaniya), Ərbil (İraq) və Beyruta (Livan) uçuşlar iyunun 20-nə qədər ləğv edilib.
“Air Arabia” isə öz növbəsində 5 ölkəyə uçuşların müvəqqəti dayandırıldığını bildirib: İrana və İraqa – iyunun 30-na qədər, İordaniyaya və Rusiyaya – iyunun 20-nə qədər, Livana – iyunun 17-nə qədər.“Report”