Rusiyada alimentlərin məbləği martın 1-dən bir neçə dəfə artacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiyada martın 1-dən etibarən alimentlərin hesablanması qaydasında köklü dəyişiklik ediləcək və bu, ödənişlərin bir neçə dəfə artmasına səbəb olacaq.
Belə ki, aliment məbləği artıq minimum əməkhaqqı (MROT) əsasında hesablanmayacaq.
Yeni qaydalara əsasən, aliment təyin edilərkən region üzrə orta aylıq əməkhaqqı əsas götürüləcək.
Əvvəllər Sosial Fond bu ödənişləri minimum əməkhaqqı məbləğinə əsasən müəyyən edirdi.
Əgər aliment ödənişləri məhkəmə qərarı ilə təyin edilibsə, bu halda faktiki daxil olan məbləğlər nəzərə alınacaq.
Bu dəyişiklik uşaqların saxlanması üçün ayrılan vəsaitlərin real yaşayış xərclərinə uyğunlaşdırılması məqsədi daşıyır.
Xuraman Etibarlı
İnterpress.az






