Ofis işi insanları tədricən əlilə çevirir.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Aparılan elmi araşdırmalar göstərir ki, oturaq ofis işi insan sağlamlığı üçün böyük təhlükə yaradır və insanları tədricən fiziki imkanları məhdud şəxsə çevirir.
Alimlərin məlumatına görə, ofis əməkdaşları ümumi iş vaxtının 80%-ə qədərini oturaq vəziyyətdə keçirirlər.
Bu cür passiv həyat tərzi bədən əzələlərinin zəifləməsinə, qan dövranının kəskin pozulmasına və ümumilikdə orqanizmin daxili fəaliyyətinin kəskin şəkildə pisləşməsinə birbaşa səbəb olur.
Az hərəkətli həyat tərzi daimi iş stresi ilə birləşdikdə insanda depressiya, tromboz (damarlarda qan laxtalanması), insult və digər ağır ürək-damar xəstəliklərinin yaranma riskini kəskin şəkildə artırır.
Həkimlər ofis işçilərinə gün ərzində müntəzəm olaraq aktiv qısa fasilələr verməyi və fiziki idman hərəkətləri etməyi şiddətlə tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.аz






