Alla Puqaçovanın ürək əməliyyatı iddiaları TƏKZİB OLUNDUbackend

Alla Puqaçovanın ürək əməliyyatı iddiaları TƏKZİB OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alla Puqaçovanın köməkçisi onun ağır ürək əməliyyatı keçirməsi barədə xəbərləri təkzib edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

SSRİ-nin və Rusiyanın əfsanəvi estrada ulduzu Alla Puqaçovanın rəsmi köməkçisi sənətçinin ürəyindən ağır əməliyyat keçirməsi və buna görə karyerasını tamamilə bitirməsi barədə yayılan məlumatları təkzib edib.

Köməkçi rəsmi açıqlamasında bildirib ki, yayılan şayiələr həqiqəti əks etdirmir və 77 yaşlı primadonna onsuz da uzun illərdir ki, aktiv konsert fəaliyyətinə rəsmən son qoyub.

Bundan əvvəl məlumat yayılmışdı ki, Alla Puqaçova səhhətində yaranan kəskin problemlər səbəbindən iki dəfə ağır ürək əməliyyatı keçirib, bütün planlaşdırılan çıxışlarından imtina edib və müğənnilik karyerasını bitirib.

Lakin sənətçinin yaxın ətrafı onun səhhətinin normal olduğunu, hazırda xaricdə ailəsi ilə birlikdə dincəldiyini və bu növ xəbərlərin yalnız süni şəkildə diqqət cəlb etmək məqsədi daşıdığını vurğulayıblar.

Xuraman Etibarlı

İnterpress.az