Almaniya “AstraZeneca” peyvəndlərini yoxsul ölkələrə bağışlayacaqbackend

Almaniya “AstraZeneca” peyvəndlərini yoxsul ölkələrə bağışlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya 1,3 milyon dozalıq “AstraZeneca” peyvəndini aşağı gəlirli ölkələrə bağışlayacaq.

Bunu ölkə hökumətinin sözcüsü Ulrike Demmer mətbuat konfransı zamanı bəyan edib.

O, qeyd edib ki, artıq vaksinlərin BMT-nin COVAX proqramı çərçivəsində Sudan, Efiopiya, Əfqanıstan, Tacikistan, Özbəkistan kimi ölkələrə çatdırılmasına başlanılıb.

Məlumat üçün bildirək ki, Almaniya bugünədək 18 milyon doza “AstraZeneca” peyvəndi əldə edib.