Almaniya kansleri təcili görüşləri ləğv edib.
İnterpress.az xəbər verir ki, bu barədə “BILD” məlumat yayıb.
Almaniya kansleri Fridrix Merz bir sıra planlaşdırılmış görüşləri qəfil ləğv edərək yaxın saatlarda ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışıqları aparacaq.
Kanslerin ofisi bildirib ki, söhbətlərin məzmunu yalnız qarşı tərəflərlə razılaşdırıldıqdan sonra açıqlanacaq.
Mənbələr ehtimal edir ki, danışıqların əsas mövzusu Tramp administrasiyasının hazırladığı, Ukraynadan ciddi güzəştlər tələb edən 28 bəndlik sülh planı olacaq.
Xuraman Etibarlı
İnterpress.az






