Almaniya kanslerinin Kiyevə səfəri gözlənilirbackend

Almaniya kanslerinin Kiyevə səfəri gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfəri gözlənilir.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müaviri Oleksiy Arestoviç Almaniyanın ARD telekanalına müsahibəsində deyib.

“Prezidentimiz praktik qərarlar qəbul etmək, o cümlədən silah tədarükü ilə bağlı kanslerin səfərini gözləyir”, – o bildirib.

O.Arestoviç həmçinin söyləyib ki, o, Zelenskinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Kiyevə səfərini niyə qəbul etmədiyini bilmir.